Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş bilik yarışı

Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş bilik yarışı Xəzər Universiteti və “Edu Company” təhsil şirkətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş bilik yarışı keçirilib.
Əvvəlcə Ulu Öndərin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
Sonra Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Ümummilli Liderin zəngin və mənalı həyatından bəhs edib. O, Heydər Əliyevin bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafında misilsiz xidmətlərini diqqətə çatdırıb.
“Edu Company” şirkətinin direktoru Samir Əzizov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərə verilən böyük dəyərin göstəricisidir. O, bilik yarışının Ulu Öndərə həsr edildiyini və bunun xüsusi rəmzi məna daşıdığını diqqətə çatdırıb.
Bilik yarışında “Suqovuşan”, “Ağdam”, “Hadrut”, “Zəngilan”, “Şuşa” və “Laçın” komandaları mübarizə aparıb.
Komandalara 24 sual verilib. “Şuşa”, “Laçın” və “Hadrut” komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər