
Layihədə rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə və elmi işçilər təlimçi kimi fəaliyyət göstəriblər.
Hər biri nəzəri və praktik hissələrdən ibarət olan təlimlərdə şagirdlərin astronomiya, kosmonavtika və STEAM üzrə bilik, bacarıqlara yiyələnməsi üçün 6 blokdan ibarət təlim modulu təşkil olunub.
Şagirdlərin təlim modullarında iştirak səviyyəsi, praktik fəaliyyətə cəlb olunma və uğur qazanma dərəcəsi təlimçilər və layihə rəhbəri tərəfindən qiymətləndirilib. Uğurlu nəticə göstərən şagirdlərə sertifikatlar verilib.
Tehsil-press.az