“Park Qusar” hoteldə yanğın - 4 nəfər öldü

“Park Qusar” hoteldə yanğın - 4 nəfər öldü Qusarda 4 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Hadisə bu gün səhər saatlarında hotel ərazisindəki koteclərdən birində qeydə alınıb.
Yanğın zamanı 4 nəfər - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Dadaşov Rüstəm adlı şəxslər ölüb. Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.
Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.
Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
***
Əldə etdiyimiz məlumata görə hadisə Qusarda yerləşən tanınmış "Park Qusar" hotelində baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər