Berlindəki hava limanında bütün uçuşlar ləğv edildi

Berlindəki hava limanında bütün uçuşlar ləğv edildi Almaniyanın Berlin-Brandenburq Hava Limanında (BER) bütün uçuşlar ləğv edilib.
Buna səbəb hava limanındakı işçilərin tətilə çıxmasıdır.
Kollektiv danışıqların nəticəsiz qalması səbəbiylə təşkil edilən tətilə qatılan çox sayda personal səhər saatlarından etibarən hava limanında toplaşıb.
İştirakçıların əsas tələbləri sırasında onların iş imkanlarının yaxşılaşdırılması yer alır.
Aksiyada işəgötürənlərin güzəştə getməməsi halında daha çox tətillərin təşkil ediləcəyi barədə xəbərdarlıq edilib.
Bu səbəbdən bütün uçuşlar ləğv edilib.
Tətildən xəbərsiz olaraq hava limanına gələn bəzi sərnişinlər rəsmilərin xəbərdarlığından sonra geri dönməli olublar.
Qeyd edək ki, son günlər Berlində bir çox iş yerlərində tətil dalğası hökm sürür.

Tehsil-press.az

Oxşar xəbərlər