Kabil aeroportundakı izdihamda 40 nəfər ölüb

Kabil aeroportundakı izdihamda 40 nəfər ölüb Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.
Bu barədə məlumatı “Taliban” hərəkatının hava limanında olan komandiri açıqlayıb.
Komandirin sözlərinə görə, bu insanlar xarici qoşunların atəş açması (ABŞ-red.), həmçinin izdiham zamanı həlak olub. O, həmçinin əhalini hava limanına gəlməməyə və xaricə uçmağın mümkün olduğu ilə bağlı şayiələrə uymamağa çağırıb.
Bununla belə, hava limanına gələn əfqanlar “ToloNews” telekanalına bildiriblər ki, bir neçə əfqanın viza və pasport olmadan Kabildən gedə bilmələrini eşitdiklərindən bu yolla ölkəni tərk etməyə ümid edirlər.
Qeyd edək ki, “Taliban” radikal hərəkatı dünən Əfqanıstan paytaxtı Kabildən bütün uçuşların dayandırıldığını elan edib.

Tehsil-press.az



Oxşar xəbərlər