Ermənistan Baş Qərargahında yeni təyinat

Ermənistan Baş Qərargahında yeni təyinat Ermənistan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyin olunub.
Bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Fərmana əsasən, Baş Kəşfiyyat İdarəsinin rəis müavini polkovnik Samvel Movsisyan həmin idarənin rəisi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilib.
Digər qərarla Baş Qərargah rəisinin müavini Arakel Martikyan vəzifəsindən azad edilib.
Xatırladaq ki, Ermənistanda bir ilə yaxın idi ki, kəşfiyyat rəhbəri yox idi. Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinə general-mayor Arayik Arutyunyan rəhbərlik edib.

Tehsil-press.az


Oxşar xəbərlər