Harvard Universitetinin professoru “Yeni çağırışlar”da

Harvard Universitetinin professoru “Yeni çağırışlar”da Fevralın 8-də Harvard Universitetinin professoru, məşhur tədqiqatçı və elm xadimi Emiliana Veyqəs “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq.
Dünyaşöhrətli alim ilə təhsil imkanları və müəllimlik fəaliyyətinin effektivliyinin artırılması barəsində danışılacaq.
Emiliana Veyqəs Harvarddan əvvəl uzun illər Dünya Bankında çalışıb, təhsil sistemləri ilə əlaqədar tədqiqatlara rəhbərlik edib. Bununla yanaşı, Brukinqs İnstitutunda Təhsil Mərkəzinin direktoru, İnter-Amerikan İnkişaf Bankında isə Təhsil şöbəsinin müdiri olub.
Qeyd edək ki, proqram nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Tehsil-press.az



Oxşar xəbərlər