“Yaradıcı məktəblər”in həmmüəllifi “Yeni çağırışlar”da

“Yaradıcı məktəblər”in həmmüəllifi “Yeni çağırışlar”da Yanvarın 25-də saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Proqramın budəfəki qonağı dünyaşöhrətli yazıçı, “Nyu York Tayms” bestsellər müəllifi, redaktor və naşir Lu Aronikadır. Lu Aronika ilə “yaradıcı məktəblər” barədə danışılacaq.
Lu Aronika dünyaşöhrətli yazıçı Ken Robinson ilə birlikdə “Nyu York Tayms” bestsellərindən “Yaradıcı məktəblər”, “Sən, övladın və məktəb: ən yaxşı təhsilə aparan bələdçi”, “Öz gücünü tap” kitablarının həmmüəllifi, o cümlədən “Sonsuz il”, “Qışda kəşf”, “Yarpaqlar” və digər kitabların müəllifidir.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər