BDU-da qış imtahan sessiyası başa çatıb

BDU-da qış imtahan sessiyası başa çatıb Bakalavriatura səviyyəsində 20 mindən çox, magistratura səviyyəsində 1200-ə yaxın tələbə imtahan verib
Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası başa çatıb.
Bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1981 tələbə imtahan verib. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən 5 mindən çox təhsilalana həmin fənlərdən imtahan vermək üçün fevralın 7-dən 14-dək şərait yaradılır.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizələrin, təkliflərin, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edib.

Tehsil-press.az

Oxşar xəbərlər