
Bunu ABŞ prezidenti Co Bayden PBS NewsHour-ə müsahibəsində deyib.
Baydenin sözlərinə görə, Putin heç vaxt bunun öhdəsindən gələ bilməyəcək. Bundan əlavə, ABŞ prezidenti Putinin artıq Ukraynanı itirdiyini söyləyib.
"Putin düşünürdü ki, Ukraynanı işğal etsə, ilk növbədə hər rusdilli onu mehribanlıqla qarşılayacaq və deyəcək: "Gəlin". İkincisi, NATO-nun dağılacağını, müharibəyə girməkdən qorxduğu üçün Ukraynaya hərbi yardım etməyəcəyini düşünürdü. Amma bunların heç biri baş vermədi",- deyib Bayden.
Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya göstərdikləri dəstəyi koordinasiya edir. Eyni zamanda Ağ Ev rəhbəri ABŞ-ın Ukraynaya verdiyi yardımın müddətsiz olacağını bir daha vurğulayıb.
Tehsil-press.az