
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat xatırladıb ki, bir neçə il bundan əvvəl Azərbaycanda zəlzələ olub, amma ciddi dağıntı baş verməyib: “Köhnə binalar uça bilərdi, amma dözümlülük göstərdi. Əldə belə fakt yoxdursa, insanları qorxutmaq, təşvişə salmaq yaxşı deyil. Çünki bu, insanlarda qorxu, həyəcan, psixoz yaradır, insanların əlini işdən soyudur. Ola bilər, müəyyən keyfiyyətsiz işlər görülüb, amma paytaxtdakı çoxmərtəbəli binalar ciddi standartlara uyğun olaraq, möhkəm tikilib. Son dövrlərdə tikilən binalar xüsusilə keyfiyyətli, dözümlü olmalıdır. Ona görə də düşünürəm ki, deyilən sözlərin əksəriyyətinin əsası yoxdur. İnsanları qorxutmaq, təşvişə salmaq üçün belə hallar yolverilməzdir”.
Tehsil-press.az