Uşaqlarınız təhlükədədir - Nazirlikdən valideynlərə müraciət

Uşaqlarınız təhlükədədir - Nazirlikdən valideynlərə müraciət Fövqəladə hallar olduqda qüsurlu insanların təxliyə və xilasetməsi zamanı böyük çətinliklərlə rastlaşırıq.
Bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, bu çətinlikləri daha çox xilasedicilər hiss edirlər: "Çünki bəzi insanlar qüsurlu olduğu üçün onların səs çıxarma və hərəkət etməsi ilə bağlı bir sıra çətinliklər olur. Adətən səs çıxarılanda xilasedicilər insanları daha tez təxliyə edə bilirlər. Amma bu olmayanda xilasedicilər otaqları bir-bir gəzməyə məcbur olurlar. Bəzən xilasedicilər hansısa çoxmərtəbəli binadan qüsurlu insanları öz kürəyində aşağı düşürürlər".
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva deyib ki, son illərdə Azərbaycanda evlərdə elektrik cihazlarının sayı dəfələrlə artıb. Bu da uşaqlı ailələrdə riskləri artırır.
M.Mustafayeva əlavə edib ki, son zamanlar bağlı qapı arxasında qalan uşaqlarla bağlı Fövqəladə Hallar Nazirliyinə edilən müraciətlərin də sayı artıb: "Son 40 gün ərzində bağlı qapı arxasında qalan vətəndaşlarla bağlı 45 müraciət daxil olub.Yalnız son 40 gün ərzində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan uşaqlarla bağlı isə 45 müraciət daxil olub".
Nazirlik rəsmisi uşaqların risklərlə üzləşməməsi üçün valideynləri onları nəzarətsiz qoymamalarını tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər