UNEC-in fonduna kitablar hədiyyə olunub

UNEC-in fonduna kitablar hədiyyə olunub Milli Məclisin deputatı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev növbəti dəfə Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan və rus dillərində 80 kitab hədiyyə edib.
Kitablar arasında AMEA-nın 70 illiyinə həsr olunmuş və akademiyanın təsis edilməsində əvəzsiz xidmətləri olan akademiklər barədə silsilə nəşrlər, türkşünaslıq, türk sivilizasiyasının təməl dəyərləri, türk xalqları, dövlətçilik tarixi, türk dünyasının tarixi şəxsiyyətlərindən bəhs edən kitablar, dünya ədəbiyyatının incilərindən nümunələr, lüğətlər, Qarabağ tarixi, fəlsəfə, iqtisadiyyat, özünüinkişafla bağlı dəyərli nəşrlər yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər