Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvai adına Milli Kitabxanaya və paytaxtdakı İslam Sivilizasiyası Mərkəzinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edib.
Kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var. Kolleksiyada AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb.
Kitabxanalara verilən nəşrlər arasında AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər də olub.
Mərkəzin direktoru Samir Abbasov bildirib ki, 2019-cu ildə Daşkənd, Səmərqənd, Urgənc və Fərqanə şəhərlərindəki aparıcı kitabxanalara Azərbaycana dair zəngin kitab kolleksiyası, musiqi, sənədli və bədii filmlərdən ibarət disklər hədiyyə edilib və bu istiqamətdə işlər bu il də davam etdiriləcək.
Tehsil-press.az