
Sərgidə Xocalı soyqırımından bəhs edən Azərbaycan, ingilis və rus dillərində 50-dək kitab nümayiş olunur. Bu sırada “Qarabağ düyünü”, “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi”, “Vətən harayı”, “Erməni terroru”, “Xocalı soyqırımı” və digər nəşrlər yer alıb. Sərgidə, həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi foto təqdim olunur.
Tehsil-press.az