Makron amerikalı milyarderlə gizli görüş keçirib

Makron amerikalı milyarderlə gizli görüş keçirib Fransa Prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında tanınmış amerikalı milyarder, “Amazon” şirkətinin təsisçisi Ceff Bezosla gizli görüş keçirib.
Fevralın 16-sı baş tutan görüşdə Makron amerikalı milyarderə Fransanın “Fəxri Legion” ordenini təqdim edib.
Az sayda qonağın iştirakı ilə keçirilən mərasim daha əvvəldən Fransa Prezidentinin Mətbuat xidməti tərəfindən elan edilməyib və Makronun rəsmi iş təqvimində qeyd olunmayıb.
Bildirilir ki, tərəflər arasında görüş ölkədə pensiya yaşının artırılmasına qarşı etiraz aksiyasının keçirildiyi günə təsadüf edib.
Qeyd edək ki, Ceff Bezos “Fəxri Legion” ordeni ilə təqribən 10 il əvvəl, hələ Makron Prezident seçilməzdən əvvəl təltif edilib. Lakin milyarder bütün bu dövrlər ərzində ordeni almaq üçün Parisə səfər etməyib.

Tehsil-press.az


Oxşar xəbərlər