BANM-da 8 Mart münasibətilə tədbir keçirildi

BANM-da 8 Mart münasibətilə tədbir keçirildi Bakı Ali Neft Məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov universitetin xanım əməkdaşları, tələbə və məzunlarının timsalında bütün Azərbaycan xanımlarını təbrik edib.
Rektor Azərbaycan qadınlarının tarix boyu mərdliyi, qəhrəmanlığı, cəsarəti ilə seçildiyini, eyni zamanda mədəniyyət, incəsənət, təhsil, səhiyyə və elmin müxtəlif sahələrində ön sıralarda olmaqla ölkəmizin inkişafına töhfə verdiklərini qeyd edib.
O, Ali Məktəbin əldə etdiyi uğurlarda da xanımların böyük rolu olduğunu, BANM-in inkişafında əvəzsiz xidmət göstərdiklərini qeyd edib.
Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbinin pedaqoji heyətində çalışanların 63 %-i, idarəetmə aparatında işləyənlərin 51 %-i, xidmət sahəsində çalışanların 83 %-i qadınlardır.
Tədbirdə SOCAR tərəfindən 8 Mart münasibətilə hazırlanan videomaterial nümayiş olunub.
Sonda Xalq artisti, professor Azər Zeynalov xanımları təbrik edərək repertuarında yer alan musiqi əsərlərini ifa edib.

Tehsil-press.az

Oxşar xəbərlər