
Tədbiri açan rektor Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. Rektor bildirib ki, 1989-cu ildən etibarən dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib. Bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.
Elmar Qasımov 2018-ci ilin BANM üçün çox uğurlu olduğunu və Ali Neft Məktəbində bir çox yaddaqalan hadisələrin baş verdiyini deyib. Onun sözlərinə görə, 2018-ci ildə BANM ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə lider olub, birinci qrup üzrə 700 bal toplamış tələbələrin hamısının BANM-i seçməsi də rekord göstəricidir.
Tədbirin bədii hissəsində BANM tələbələrinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasının tələbələrinin çıxışı bütün iştirakçıların zövqünü oxşayıb.
BANM-nin Mətbuat Xidməti