Xəzər Universiteti ilə Teleradio İB arasında anlaşma memorandumu imzalanıb

Xəzər Universiteti ilə Teleradio İB arasında anlaşma memorandumu imzalanıb “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) ilə Xəzər Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi rektor İradə Xəlilova və Teleradio İB-nin baş direktoru Mikayıl Abbasov imzalayıblar.
Memorandumda universitetin tələbələrinin Teleradio İB-nin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılması, eləcə də radiotexnika və elektronika sahələrində istehsalatla bağlı texnoloji proseslərin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur. Sənəd, həmçinin tələbələrin texniki ixtisaslara yiyələnməyə həvəsləndirilməsi üçün birgə innovativ yeniliklərə əsaslanan proqramların hazırlanması və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini əhatə edir.
Memorandumda qeyd olunan proseslərin ən qısa zamanda həyata keçirilməsi üçün hər iki tərəfin müvafiq struktur bölmələri arasında, eləcə də tələbələrlə davamlı görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb və əməkdaşlığın faydalı olacağına əminlik bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər