
Bu, DOST Agentliyi və BDU arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə birgə fəaliyyət planında əksini tapıb.
Birgə fəaliyyət planına əsasən, iki qurum arasında idarəetmə, sosial-iqtisadi, təhlil-statistika, insan resursları, ictimaiyyətlə əlaqələr və s. istiqamətlərdə birgə təlimlərin təşkili, DOST Agentliyinin peşəkar əməkdaşlarının BDU-da ustad dərslərinin keçirilməsi, tədris prosesinə cəlb olunması nəzərdə tutulur.
Birgə əməkdaşlıq çərçivəsində BDU-nun Sosial iş ixtisası üzrə tədris proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılacaq. BDU tələbələrinin DOST Agentliyinin könüllülük proqramında aktiv iştirakı üçün maarifləndirici infosessiyalar keçiriləcək.
Tehsil-press.az