Britaniya hərbçilərimizə təlim keçib

Britaniya hərbçilərimizə təlim keçib Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.
Bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterdə yazıb.
O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.
Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər