“Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı təşkil olunacaq

“Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı təşkil olunacaq Bakı Dövlət Universitetində (BDU) “Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfransda iştirak etmək istəyən alim və gənc tədqiqatçılar mövzu ilə bağlı məruzələrin xülasələrini (400-500 söz həcmində) aprelin 5-dək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Görkəmli ədəbiyyatşünas, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan respublika elmi konfransı aprelin 18-dən 19-dək keçiriləcək.
Təşkilat komitəsi ilə əlaqə: Telefon: 012 539 02 12; 012 539 03 73, E-mail: [email protected], Ünvan: Z.Xəlilov küçəsi 23

Tehsil-press.az



Oxşar xəbərlər