
Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
- Kağızın formatı - A4, Word redaktorunda;
- Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- Müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- Məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.
Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.
Tel.: (+994 12) 492 06 57
Tehsil-press.az