Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya düşdü - Xeyli sayda ölən və yaralananlar var

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya düşdü - Xeyli sayda ölən və yaralananlar var Səudiyyə Ərəbistanında Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya düşüb. Sərnişin avtobusu ölkənin cənub-qərbində Abha və Mühayil Əsir şəhərləri arasındakı körpüyə çırpılıb.
Avtobusun aşması və alovlanması nəticəsində 20 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Yəmən mediasının məlumatına görə, qəzaya uğrayan avtobus Yəmən Ümrə ziyarətçilərini daşıyırmış.
Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik heç bir rəsmi açıqlama verilməyib.

Tehsil-press.az


Oxşar xəbərlər