Nigeriyada bərə qəzaya uğrayıb: 33 ölü

Nigeriyada bərə qəzaya uğrayıb: 33 ölü Nigeriyada, Niger çayında 150 sərnişini daşıyan bərə qəzaya uğrayıb.
Təhsil-press.az-ın məlumatına görə, bərənin batması nəticəsində 33 nəfər həlak olub, 33 nəfər isə itkin düşüb. Xilasedicilər 84 nəfəri xilas etməyi bacarıblar. Xilas edilənlərə tibbi yardım göstərilib. Məlumata əsasən, qəzaya uğrayan bərə 70 sərnişin üçün nəzərdə tutulub.

Təhsil-press.az

Oxşar xəbərlər