Finlandiyaya NATO qüvvələri yeridilərsə... - Rusiya

Finlandiyaya NATO qüvvələri yeridilərsə... - Rusiya Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcəyik.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiyanın NATO-ya üzv olmaq potensialını dəyərləndirərkən deyib.
"Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq. Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin edəcəyik”, - Qruşko bildirib.
Qeyd edək ki, NATO-nun baş katibi aprelin 4-də Finlandiyanın alyansın 31-ci üzvü olacağını və ölkənin bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını açıqlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər