AzMİU ilə “Code Academy” arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AzMİU ilə “Code Academy” arasında əməkdaşlıq məsələləri müzakirə olunub "Code Academy" şirkətinin direktoru Ülvi Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Rektor Gülçöhrə Məmmədova qonaqlarla görüşündə innovasiya sahəsində qabaqcıl şirkətlərlə universitet arasındakı əməkdaşlıqdan danışıb və bunun tələbələr üçün önəminə toxunub.
Ülvi Aslanov rəhbəri olduğu "Code Academy" şirkəti haqqında məlumat verib və kadr hazırlığı sahəsində universitetlərlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. O, “Code For Future” və növbəti illərdə gerçəkləşməsi nəzərdə tutulan layihələr haqqında danışıb.
Görüşdə AzMİU ilə "Code Academy" arasında əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin gücləndirilməsi qərara alınıb.

Tehsil-press.az





Oxşar xəbərlər