AzMİU ilə Slovakiya ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AzMİU ilə Slovakiya ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Slovakiyanın ölkəmizdəki səfirliyinin missiya rəhbəri Milan Layçiak və müavini Elçin Qasımovla görüşüb.
Görüş zamanı rektor universitet, fakültələr, ixtisaslar və əməkdaşlıq əlaqələri haqqında məlumat verib. G.Məmmədova 2018-2019-cu tədris ilində Slovakiyanın Koşitse Texniki Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalandığını, həmin universitetin 8 tələbəsinin AzMİU-da təşkil olunmuş qış məktəbində iştirak etdiyini qonaqların diqqətinə çatdırıb. O, həmçinin Avropa İttifaqı tərəfindən qrant alan “Dəmir yolu nəqliyyatının menecmenti” adlı layihə üzrə Zilina Universiteti ikitərəfli əlaqələr qurulması, AzMİU-nun nümayəndə heyətinin Slovakiyaya səfər etməsi, lakin COVID-19 pandemiyası səbəbindən layihənin yarımçıq qalması barədə qonaqlara məlumat verib. Rektor Slovakiyanın digər universitetləri ilə AzMİU arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
Missiya rəhbəri təmsil etdiyi ölkənin ali təhsil sistemi haqqında ətraflı məlumat verib, hər iki ölkədə eyni ixtisaslarda təhsil alan tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənilməsinin əhəmiyyətinə toxunub. O, görüşdə səslənən təklifləri müsbət dəyərləndirib, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
Görüşdə AzMİU ilə Slovakiya ali məktəbləri arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər