Miqrantların İtaliyaya axınlarının qarşısı alınacaq

Miqrantların İtaliyaya axınlarının qarşısı alınacaq İtaliyada baş ağrısına çevrilən miqrant axınının qarşısını almaq üçün sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
İtaliya Nazirlər Kabinetinin iclasından sonra verilən açıqlamada hökumət tərəfindən Aralıq dənizindəki kiçik bir İtalyan adasındakı miqrant qəbulu mərkəzinin yaradılmasının nəzərdə tutulduğu bildirilib. Qeyd edilib ki, məsələ ilə bağlı ölkədə tətbiq edilən fövqəladə vəziyyət bu işin öhdəsindən gəlməyə imkan verəcək. Belə ki, fövqəladə vəziyyət Corciya Meloninin sağçı hökumətinə İtaliyada qalmasına icazə verilməyən miqrantları daha tez geri qaytarmağa imkan verəcək. Bu da miqrant probleminin həllini asanlaşdıracaq.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin əvvəlindən 31 minə yaxın miqrant ölkə sahillərinə çatıb Bu da ötən ilin eyni dövrü ilə müqayisədə (7 900 nəfər) müqayisədə 4 dəfədən çoxdur.

Tehsil-press.az



Oxşar xəbərlər