Son bir-iki gündə Aralıq dənizində 700 miqrant batıb

Son bir-iki gündə Aralıq dənizində 700 miqrant batıb Son bir neçə gündə Aralıq dənizində 700 miqrant batıb. Onlar Şimali Afrikadan Avropa qitəsinə keçməyə can atıblar.

BMT-nin qaçqınlar üzrə komitəsi bu həftə İtaliya sularında 3 qayığın batdığını bildirib. Mayın 25-də 100-ə yaxın adam itkin düşüb.
Mayın 26-da göyərtəsində 670 miqrant olan qayıq çevrilib, onların 550-si itkin düşüb, 104-ü xilas edilib. Sahil mühafizə xidməti 15 adamın cəsədini aşkar edib. Daha bir qayıq mayın 27-də batıb. 135 adam xilas edilib, 45-nin cəsədi tapılıb. Qayıqda olan bir çox adam isə itkin düşüb. Hər həftə İtaliyanın sahillərində Şimali Afrikadan miqrant gətirən qayıqlar peyda olur.


Tehsil-press.az

Oxşar xəbərlər