İçməli su problemləri və onun həlli yolları - maarifləndirici tədbir

İçməli su problemləri və onun həlli yolları - maarifləndirici tədbir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Respublikamızda içməli su problemləri və onun həlli yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov respublikamızda içməli su problemləri, o cümlədən sudan səmərəli istifadə olunmasına dair təhsilalanlar arasında təbliğat işinin həyata keçirilməsi barədə məlumat verib.
Sonra Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi Kəmalə Mustafayeva “Respublikamızda qlobal iqlim dəyişikliyinin içməli su ehtiyatlarına təsirinin mahiyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda iqlim dəyişikliyinin su ehtiyatlarının azalmasına ciddi təsir göstərdiyindən bəhs edilib. K.Mustafayeva yağışın olmaması, bəndlərin quruması, urbanizasiya və tullantılar, xüsusilə məişət tullantıları və digər amillər səbəbindən suya artan tələbatın ölkələri ciddi təhdid etdiyini tələbələrə çatdırıb. Ölkədə əhaliyə verilən içməli suyun təmizlənməsi məqsədilə dünyanın bu sahədə aparıcı şirkətlərinin ən son texnologiyalarını tətbiq etmək təklifini irəli sürüb. Bu gün təbii su ehtiyatlarının qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulduğunu iştirakçıların nəzərinə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər