“Həmin vaxt xəbər gəldi ki, prezident təqaüdünə düşmüşəm” - Video

“Həmin vaxt xəbər gəldi ki, prezident təqaüdünə düşmüşəm” - Video “Mən əyani təhsil almaq istəyirdim. Sadəcə maddi imkan buna yol vermirdi. Prezident təqaüdü ilə oxumuşam. Onun nəticəsidir ki, bu gün mən öz ailəmə, uşaqlarıma baxa bilirəm, onlara atalıq edə bilirəm. Baxmayaraq ki, əliləm, mötəbər bir təşkilatda işləyirəm”.
Bu sözləri Dövlət İmtahan Muərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsinə müsahibəsi zamanı ilk prezident təqaüdçülərindən olan Sübhan Məmmədov deyib.
2001 və 2002-ci illərdə prezident təqaüdünə layiq görülmüş şəxslərdən olan S.Məmmədov bunun onun karyerasındakı rolundan danışıb.
O, 14 yaşında gözdən əlil olduğu üçün təhsilini kor və zəif görənlər üçün respublika orta internat məktəbində davam etdirib: “564 balla BDU-nun Filalogiya fakültəsinə qəbul oldum. Atam vəfat etmişdi. Ailədə söhbət gedirdi ki, imkansızlığa görə qiyabi oxuyum. Bu da mənə pis təsir edirdi. Həmin vaxt xəbər gəldi ki, mən prezident təqaüdünə düşmüşəm. Mən də başladım təhsil almağa. Həmin illərdə prezident təqaüdü mənə çox dəstək oldu”.
Hazırda 42 yaşı olan Sübhan Məmmədov AMEA-da elmi işçi kimi fəaliyyət göstərir. Evlidir, üç övladı var.



Tehsil-press.az




Oxşar xəbərlər