
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticələr əldə edən Jalə Sevdimli (690.2 bal), Fətulla Bəşirov (682,3 bal), Rüfət Quliyev (680.1bal) ADNSU-ya qəbul olunublar. Onlar kompüter elmləri ixtisasını seçiblər. Tələbələrin biri ADNSU-da, ikisi isə bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil alır.
Görüşdə ADNSU-nu seçdiklərinə görə tələbələrə təşəkkür edən rektor M.Babanlı onları təbrik edib.
“Siz böyük uğurlar əldə edibsiniz: həm tələbə adını qazanıbsınız, həm də qəbul imtahanlarında ən yüksək nəticələr göstəribsiniz, Prezident təqaüdünə layiq görülmüsünüz”,- deyə M.Babanlı bildirib.
Rektor tələbələrə tövsiyələrini verib, onlara təhsildə yeni nailiyyətlər arzulayıb.
Tehsil-press.az