Yaponiya Baş nazirinə tüstü bombası atıldı

Yaponiya Baş nazirinə tüstü bombası atıldı Yaponiya Baş naziri Fumido Kisida Vakayama şəhərində çıxış etməyə başlayarkən ona naməlum şəxs tərəfindən tüstü bombası atılıb.
Partlayış nəticəsində heç kim zərər çəkməyib, Kisida isə insident yerini avtomobilində tərk edib.
Cinayətkar saxlanılıb. Onun hərəkətinin motivləri bəlli deyil.
Baş nazir daha sonra xalqın qarşısında çıxış edib.
Xatırladaq ki, keçmiş hərbçi Teçuya Yamaqami 2022-ci il iyulun 8-i Nara şəhərində çıxış edən daha əvvəlki Baş nazir Şinzo Abeni belindən güllələyərək qətlə yetirib.

Tehsil-press.az


Oxşar xəbərlər