Yaponiyada payızda sabiq Baş nazir Şinzo Abenin dövlət səviyyəsində dəfni planlaşdırılır

Yaponiyada payızda sabiq Baş nazir Şinzo Abenin dövlət səviyyəsində dəfni planlaşdırılır Yaponiya hökuməti iyulun 8-də silahlı hücum nəticəsində qətlə yetirilən sabiq Baş nazir Şinzo Abenin payızda dövlət səviyyəsində dəfnini planlaşdırır.
II Dünya müharibəsindən sonra Yaponiyada siyasətçilər üçün bir neçə dəfə böyük dəfn mərasimləri keçirilib. Dövlət səviyyəsində dəfn isə yalnız bir dəfə, ölkə sabiq Baş nazir Siqeru Yoşida ilə vidalaşarkən təşkil edilib.
Şinzo Abenin Yaponiya qarşısında xidmətləri nəzərə alınaraq, hökumət onun da dəfnini dövlət səviyyəsində keçirmək barədə qərar qəbul edib. Bununla əlaqədar xüsusi protokol olmasa da JIJI PRESS agentliyinin yaydığı məlumata görə, mərasimə əcnəbi qonaqların da dəvət edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, iyulun 12-də Tokionun mərkəzində yerləşən Cojoji məbədində Ş.Abenin buddist qaydalarına uyğun dəfn mərasimi keçirilib. Sabiq Baş nazirin cəsədi kortecin müşayiəti ilə xüsusi avtomobildə parlamentin, hakim Liberal Demokratik Partiyanın və Baş nazirin ofisinin qarşısında dolandırıldıqdan sonra günün sonunda kremasiya edilib.

Tehsil-press.az


Oxşar xəbərlər