TDU-nun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması məsələsi müzakirə olunub

TDU-nun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması məsələsi müzakirə olunub Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisi Dövlət Universitetində olub, yeni təyin olunmuş rektor Caba Samuşia ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələr diqqət mərkəzində olub, bu istiqamətdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Strateji tərəfdaş olan ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksələn templə davam etdiyi bildirilib.
Görüşdə, həmçinin Bakı Dövlət Universiteti ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlığın inkişafından razılıq ifadə olunub, həmçinin TDU ilə Azərbaycanın digər ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə Tbilisi Dövlət Universitetinin nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması və ya azərbaycanşünaslıq ixtisasının bərpa olunması məsələləri müzakirə olunub. Qeyd olunan fakültənin yaranmasının və ya ixtisasın bərpa olunmasının Gürcüstanın azərbaycandilli məktəblərində kadr çatışmazlığı probleminin qarşısını alacağı vurğulanıb.
Daha sonra səfir Tbilisi Dövlət Universitetindəki Heydər Əliyev Auditoriyasında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub. Universitet rəhbərliyi Auditoriyanın təmirdən sonra rəsmi açılış mərasiminin may ayında həyata keçirilməsini təklif edib.

Tehsil-press.az




Oxşar xəbərlər