“Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” - elmi seminar

“Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” - elmi seminar Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşəbbüsü ilə Quba Tarix-Diyarşünaslıq Muzeyində 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixi abidələrin qorunması, tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilib.
Seminarda bu müəssisənin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi Laçın Mustafayev “Tarixi-arxeoloji irsin öyrənilməsi və mühafizəsi” mövzusunda məruzə ilə çıxış edib.
L.Mustafayev məruzəsində arxeoloji irsin qorunub saxlanılmasından və arxeoloji tədqiqatların elmi əhəmiyyətindən danışaraq, arxeoloji artefaktların mədəni irsin çox mühüm hissəsini təşkil etdiyini vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər