
Rektor Ədalət Muradov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova tərəfindən imzalanan sənədə əsasən, şirkət və universitet tələbələrin təhsil və karyera inkişafı üzrə bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Bu istiqamətlərə tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, “PAŞA Sığorta” tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, birgə layihələrin hazırlanması, tələbələrin təcrübəsinin təşkili və digər tədbirlərin həyata keçirilməsi daxildir.
Tehsil-press.az