Məktəblilər Azərbaycan Memarlıq və İnşaat Universitetində

Məktəblilər Azərbaycan Memarlıq və İnşaat Universitetində Bakının Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbinin birinci ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan XI sinif şagirdləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Şagirdlər universitetin şəhərciyi, tədris binaları, laboratoriyaları, Heydər Əliyev Muzeyi, Sərgi salonu, Şəhidlər Xatirə Kompleksi ilə tanış olublar.
Prorektor Orxan Naqdiyev və Tələbə Həmkarlar Təşkilatı Komitəsinin sədr müavini Şahmar Rəfili məktəblilərə universitetin tədris prosesi, maddi-texniki bazası haqqında geniş məlumat veriblər.
Görüş zamanı şagirdlərin sualları cavablandırılıb və onlar üçün AzMİU tələbələri ilə ünsiyyət imkanı yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər