BDU-nun tələbələri Fiziologiya İnstitutunda praktiki vərdişlərə yiyələnirlər

BDU-nun tələbələri Fiziologiya İnstitutunda praktiki vərdişlərə yiyələnirlər Akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri və magistrantları biologiya və biologiya müəllimliyi ixtisası üzrə istehsalat təcrübəsinə başlayıblar.
Tələbələrə dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat verilib. Eyni zamanda, onlar institutun laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.
İlkin olaraq tələbələr institutun Görmənin və neyrodegenerativ proseslərinin fiziologiyası, Mühit amilləri və analizatorların formalaşması və Ekotoksikologiya laboratoriyalarının elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.
İstehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər