Puqaçova övladlarının təhsilinə milyonlar xərcləyir

Puqaçova övladlarının təhsilinə milyonlar xərcləyir Rusiyanın Xalq artisti Alla Puqaçovanın əkizləri ilə bağlı etdiyi açıqlama gündəm olub.
Müğənni onların İsraildə yerləşən Kral Süleyman məktəbində təhsil aldığını deyib.
Sənətçinin sözlərinə görə, bu, İsrailin ən bahalı özəl məktəblərindən biridir. Buna görə o, oğul və qızı üçün illik 3 milyon 240 min rubl ödəyir.
Xatırladaq ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə Rusiya-Ukrayna müharibəsindən sonra İsrailə köçüb.

Tehsil-press.az




Oxşar xəbərlər