
İkinci kurs tələbəsi Səkinəxanım Qasımova astrobiologiya və bu sahədə əldə edilmiş elmi ixtiralar barədə məlumat verib. O, hazırda “Mars 2020” proqramı çərçivəsində Marsda olan “Perseverance” və “Ingenuity” aparatları haqqında fikirlərini bölüşüb.
Məruzəçi, həmçinin kosmosda oksigenin, suyun və enerjinin alınması və radiasiyadan qorunmağın yollarından danışıb.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az