Həmkarı Zelenskiyə tapança hədiyyə edib

Həmkarı Zelenskiyə tapança hədiyyə edib Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenskiyə tapança hədiyyə edib.
Bu barədə məlumatı P.Pavel öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, qəhrəmanlığa hörmət əlaməti olaraq V.Zelenskiyə əfsanəvi “CZ 75” markalı tapança bağışlayıb.
Bununla belə, Çexiya Prezidentinin sözügedən silahı Zelenskiyə hədiyyə etdiyi tarix açıqlanmayıb.
Qeyd edək ki, “CZ 75” markalı tapança 1975-ci ildə yaradılıb və həmin dövrdən bu yana bütün dünya üzrə istifadə olunur.

Tehsil-press.az



Oxşar xəbərlər