“Heydər Əliyevin imzası” – AzMİU tələbələri ədəbi-bədii kompozisiya təqdim ediblər

“Heydər Əliyevin imzası” – AzMİU tələbələri ədəbi-bədii kompozisiya təqdim ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı “Heydər Əliyevin imzası” adlı tədbir keçirilib.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən, dahi şəxsiyyətin gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.
Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarxın nümayişindən sonra fakültənin tələbəsi Zeynəb Ağamətova “Torpağın səsi” adlı mahnı ifa edib.
Əcnəbi tələbələrdən Mehmet Akif Ərən və Akif Başoğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən siyasəti ilə bağlı çıxış ediblər. Əcnəbi tələbələr, həmçinin “Bir ölürüz, bin diriliriz..” adlı videoçarx da təqdim ediblər.
Tədbirdə tələbələr 44 günlük Vətən müharibəsi ilə bağlı səhnəcik nümayiş etdiriblər.
Sonda tələbələr vətənpərvərlik mövzusunda mahnılar ifa edib, şeirlər səsləndiriblər.

Tehsil-press.az




Oxşar xəbərlər