 Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Ulu öndər Heydər Əliyev: Keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Tədbir AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunacaq.
	  Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Ulu öndər Heydər Əliyev: Keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Tədbir AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunacaq.Konfransda “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, “Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycan mədəniyyətinin yeni intibahı”, “Azərbaycan: Qafqazın lider dövləti” mövzularında məruzələr dinləniləcək.
Tehsil-press.az
 
             
         
        
        



















 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	