
Professor Yusif Yusibov görüşü giriş sözü ilə açaraq rektor universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanmış və onlara təhsillərində uğurlar diləmişdir.
Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə əcnəbi tələbələrə universitetin keçdiyi yol, son illər hər sahədə inkişafı, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermişdir.
Beynəlxalq əlaqələr şöbəsinin müdir əvəzi Farizə İsmayılzadə şöbənin yaranma tarixindən bəhs etmiş, görüş iştirakçıları əcnəbi tələbələrlə yaxından tanış etmişdir.
Əcnəbi tələbələr universitetdə onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitetin rektoru professor Yusif Yusibova dərin minnətdarlıqlarını bildirmişlər.
GDU-nun Mətbuat Xidməti



