Nazir: Bu müəllimlər işdən çıxarılacaq

Nazir: Bu müəllimlər işdən çıxarılacaq "33 315 müəllimin məlumatı sistemə daxil edilib. Bu növbəti mərhələdə sertifikatlaşmaya cəlb ediləcək müəllimlərin sayı kimi qiymətləndirilir".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.
"İlkin məlumata görə, bu rəqəmin 5290 nəfəri yaşı 60-dan çox olan müəllimlərdir. Milli Məclisdə dəyişiklik təsdiqlənərsə, 60 yaşdan yuxarı olan müəllimlər könüllü əsasda sertifikatlaşdırmada iştirak edəcək. Yəni sertifikatlaşdırmada istəsə, iştirak edə bilər. Əgər iştirak edib hər iki mərhələdə uğur qazanmasa, müəllimlə müqaviləyə xitam verilmir".
Nazir söyləyib ki, bu il nəzərdə tutulan digər dəyişiklik bundan ibarətdir ki, ilk dəfə təhsilverənlərin 5 il yox 3 il müddətinə sertifikatlaşmadan keçməsi gözlənilir:
"Gözləntilərə görə azı 80-85 faizinin əmək haqqı artımı ola bilər.
Ötən il sertifikatlaşdırma da uğur qazanmayan 2803 müəllimin təkrar sertifikatlaşdırılması həyata keçiriləcək, uğur qazanmasalar, onlarla əmək müqavilələrində xitam veriləcək".
E.Əmrullayev onu da əlavə edib ki, mayın 18-də sertifikatlaşmaya cəlb olunan müəllimlərin şəxsi kabinetlərinə lazımi məlumatlar göndəriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər