
Ralston Yuta ştatının dar kanyonlarını təkbaşına dırmaşarkən yerindən tərpənmiş daş onun sağ qoluna düşüb və onu həmin daş qayaya sıxıb. O, yalnız bir litr su, iki burrito və içərisində bir neçə parça şokolad olan kiçik bir kürək çantası ilə köməksiz qalıb. Qulaqcıqları və videokamerası var idi, lakin mobil telefonu yox idi. Vəziyyətin şokundan çıxmağa çalışan Aron qayanı yerindən tərpətməyə çalışsada bu mümkün deyildi. Yanındakı təhlükəsizlik kəməri ilə özünün mövqeyini düzəltsə də bir müddət sonra, gecənin səhra soyuğu onu narahat etməyə başlamışdı. Burada uzun müddət qalacağını anlayan Aron özünü yanındakı kameraya çəkməyə başlayıb. O, elə bilirdi ki, burada öləcək və bu video kasetlər nə vaxtsa tapılacaq. Aron tam üç günü yuxusuz, hərəkətsiz, çox az təchizatla keçirdi. Öləcəyini qəbul edən alpinist, çəkdiyi vida videosundan sonra ilişdiyi qayaya 2003-cü il mayın 1-də ölüm tarixini həkk edib və sonra yuxuya gedib. Ertəsi gün oyananda hələ sağ olduğunu görən Aron çox fərqli bir psixologiyaya girmişdi. Sanki heyrətə düşmüşdü. Əvvəlcə o, qol sümüyünü sındırdı. Sonra kiçik bıçaqla sıxılmış qolunu kəsməli oldu. Kəsik qolu ilə ayaq üstə durmağa belə heyi qalmayan alpinist bir neçə kilometr süründükdən sonra bir turist ailəsini tapır. Təcili yardım alan Aron Ralston 127 saat ərzində 18 kiloqram arıqlamışdı. Həyatı uğrunda mübarizədə qalib gələn Aron Ralstonun kəsilmiş qolu daha sonra yandırılaraq ona təhvil verilib. Aron bu külləri altı ay sonra düşdüyü uçurumdan aşağı səpələyib. 127 saatlıq kabusu onu bütün dünyada tanıdarkən, həyatı 127 saat adlı bir filmin mövzusu olub.
Tehsil-press.az