
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə İdman Kompleksində gərgin mübarizə şəraitində keçirilən birincilikdə qızlardan ibarət 4 komanda yarışıb. Yarışda Memarlıq fakültəsinin 2 komandası (Memarlıq 1, Memarlıq 2), İnşaat 1 və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsindən 1 komanda qatılıb.
Yarımfinalda Memarlıq 1 komandası Memarlıq 2 komandası ilə üz-üzə gəlib. Finalda Memarlıq 1 və İnşaat fakültəsi qarşılaşıb. Yekunda Memarlıq 1 komandası turnirin qalibi olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İnşaat fakültəsi II , Memarlıq 2 komandası III yerləri bölüşüb.
Qaliblər diplom və kuboklarla mükafatlandırılıb.
Tehsil-press.az