AzMİU-nun tələbəsi qızıl medal qazandı

AzMİU-nun tələbəsi qızıl medal qazandı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsinin tələbəsi Toğrul Qurbanov Ümumdünya Kapoeyra Federasiyasının Polşanın Zakopane şəhərində təşkil etdiyi turnirin qalibi olub.
Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası bu yarışda yüksək nəticələr qazanıb. Belə ki, 10-dan çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycan kapoeyraçıları medal hesabında Estoniya və Almaniya idmançılarını geridə qoyaraq fəxri kürsünün ilk pilləsində yer alıblar.
Seçməmiz komanda hesabında 1-ci yerə çıxıb. Təmsilçilərimiz arasında AzMİU-nun tələbəsi Fərid Allahverdiyev də qızıl medal əldə edib.

Tehsil-press.az


Oxşar xəbərlər